SOCAR İon-Adriatik Boru kəməri üzrə anlaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR İon-Adriatik Boru kəməri üzrə anlaşdı

SOCAR İon-Adriatik Boru kəməri üzrə anlaşdı


Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası üzrə dünən Anlaşma Memorandumu imzalanıb.

AzNews.info-nun məlumatına görə, Report Xorvatiya KİV-inə istinadən xəbər verir ki, imzalanma avqustun 25-26-da keçirilən Dubrovnik Forumu çərçivəsində baş tutub.

Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb.

IAP kəmərinin Splitdən (Xorvatiya) Fierə (Albaniya) qədər uzunluğun 516 km təşkil edir.

Mərasimdən sonra Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Panenik bildirib ki, kəmər Cənub-Şərqi Avropaya qaz nəql edəcək.

“Biz İon-Adriatik qaz kəmərinin inkişafı ilə bağlı birgə təşəbbüsü müəyyən etdik. Ümid edirik ki, bu marşrut şimal və cənub arasında əlaqə olacaq və Avropada qaz nəqli bazarının tam sərbəstləşməsi üçün zəmin ola biləcək”, - deyə nazir əlavə edib.

Bosniya və Herseqovinanın xarici ticarət naziri Mirko Saroviç bildirib ki, rəsmi Bosniya və Herseqovinanın əsas tələbi boru kəmərinin bir hissəsinin bu ölkədən keçməsi olub: “Ümid edirik ki, bu hissə Neum dəhlizi ilə davam edəcək”.

Nazir qeyd edib ki, ölkəsi bu regional layihəni və yaxınlaşmanı dəstəkləyir. Albaniyanın enerji və sənaye naziri İlir Bejtja bildirib ki, Dubrovnik Forumunda qaz təminatında təhlükəsizliyin vacibliyi vurğulanıb. O əlavə edib ki, mənbələri şaxələndirməklə yanaşı, bu layihə qaz tədarükünü də sabitləşdirəcək.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *