TANAP-ın tikintisində iştirak edəcək daha bir şirkətin adı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

TANAP-ın tikintisində iştirak edəcək daha bir şirkətin adı açıqlandı

TANAP-ın tikintisində iştirak edəcək daha bir şirkətin adı açıqlandı


Trans-Anadolu Boru Kəmərinin (TANAP) tikintisində iştirak edəcək daha bir şirkətin adı açıqlanıb.

Oxu.Az xəbər verir ki, Trans-Anadolu Boru Kəmərinin (TANAP) sonuncu hissəsini (Lot-4) həyata keçirəcək şirkət “Punj Lloyd-Limak” birgə müəssisəsi olub.

“TANAP Təbii Qaz Ötürücü A.Ş” ilə tenderin qalibi “Punj Lloyd-Limak” arasında saziş imzalanıb.

Məlumat üçün bildirək ki, Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır.

Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP 10-11 mlrd. dollar dəyərində qiymətləndirilir.

Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *