ABŞ şirkəti TANAP üçün turbo qaz kompressorları tədarük edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

ABŞ şirkəti TANAP üçün turbo qaz kompressorları tədarük edəcək

ABŞ şirkəti TANAP üçün turbo qaz kompressorları tədarük edəcək


ABŞ-ın tanınmış “General Electric Oil and Gas” şirkəti (GE Oil&Gas) Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsinin birinci mərhələsi üçün müasir standartlara uyğun turbo qaz kompressorları tədarük edəcək.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, “GE Oil&Gas”ın hazırlayacağı kompressorlar daha yüksək təzyiqə davamlılığı və ən aşağı emissiya səviyyəsi baxımından fərqləndiyindən, TANAP üçün ən uyğun namizəd hesab edilib.

Boru xəttinin “ürəyi” hesab edilən aeroderivativ qaz turbinləri üzrə bağlanmış bir neçə milyon dollarlıq müqaviləyə əsasən məhsullar İtaliyanın Florensiya şəhərində yığılacaq, test edilərək 2017-ci ildə layihə tərəfdaşlarına təhvil veriləcək.

TANAP layihəsinin birinci mərhələsi 2018-ci ilin birinci yarısında gerçəkləşdiriləcək.

Qeyd edək ki, “GE Oil&Gas” şirkəti Türkiyənin 4 şəhərində təbii qazdan alınan enerjinin 50%-dən çoxunu istehsal edir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *