"TANAP vacib layihədir"
Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri TANAP-ın vacib layihə olduğunu bildirib.
ANS PRESS-in məlumatına görə, Con Kerri Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü zamanı qeyd edib ki, TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynaya bilər.
"Ötən ay bir konsortyum TANAP-ın təməlini qoydu. Bu xətt Xəzər dənizindən Türkiyə üzərindən keçməklə Avropaya qaz nəql edəcək Cənub Dəhlizinin ən uzun hissəsini təşkil edir. Amerika hökuməti Cənub Dəhlizinin və Yunanıstan, Albaniya və İtaliyaya bağlanacaq olan Trans-Adriatik boru xəttinin tamamlanmasının çox vacib olduğunu düşünür. Beləliklə, Avropada enerji alternativləri çoxalmış olacaq".
Mənbə:> ANSPRESS