TANAP-ın istismara veriləcəyi tarix açıqlandı
Trans-Anadolu Boru Kəməri (TANAP) başlanma tarixi 2019-cu ilin iyulun 1-də, tam istismarı isə 2021-ci il iyulun 1-də reallaşması nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı hesabatda bildirilib.
Bundan əlavə, hesabata görə, Trans-Adriatik Boru Kəmərinin (TAP) başlanma tarixi 2020-ci il yanvarın 1-də, tam istismarı isə 2021-ci ilin dekabrın 31-də olacaq.
Mənbə:> Oxu.Az