Ermənistanın eks-baş nazirinə vəzifə verilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ermənistanın eks-baş nazirinə vəzifə verilir

Ermənistanın eks-baş nazirinə vəzifə verilir

Ermənistanın keçmiş baş naziri Karen Karapetyan Rusiyanın “Zarubejneft” şirkətinin Direktorlar Şurasının üzvü olacaq.

Bu barədə “Kommersant” qəzeti etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hazırda maliyyəçi Rayr Simonyanın tutduğu müstəqil direktor vəzifəsi Karapetyana verilə bilər. Bu addım həm Karapetyanın 2000-2010-cu illərdə Rusiyanın dövlət şirkətlərində uzun və etibarlı karyerasının nəticəsi, həm də Karapetyana edilən siyasi jest kimi qiymətləndirilib.

Qəzet yazıb ki, Ermənistanın yeni hökuməti ilə yaxşı münasibətlər qurmağa cəhd etməklə yanaşı, Rusiya rəhbərliyi Karapetyana vəzifə verməklə bir növ Yerevana və erməni elitasına siyasi mesaj da ötürür ki, Moskva əvvəlki siyasi liderləri unutmur.

Həmçinin, “Zarubejneft” böyük neft şirkəti olmamasına baxmayaraq, onun 6 nəfərdən ibarət Direktorlar Şurasının Rusiyanın sabiq iri məmurlarından formalaşması Karapetyanın hələ də Kremlin siyasi orbitində “faydalı” fiqur olduğunu göstərir.

Erməni KİV-ləri yazır ki, bu, Ermənistanın yeni hökuməti, xüsusən də, baş nazir Nikol Paşinyana ciddi xəbərdarlıq olacaq. Həm də sübut edəcək ki, Moskvanın Ermənistan hakimiyyəti üçün alternativləri çoxdur. Bu cür alternativlərə Putinlə şəxsi əlaqələrə malik Robert Koçaryan, həmçinin Rusiya ilə biznes bağları olan erməni milyonçu və parlamentin deputatı Qaqik Tsarukyan da daxildir.

Azvision.az xatırladır ki, Ermənistandakı "məxməri inqilab"dan sonra yaranan siyasi böhranda məhz Putinin zəngindən sonra Karapetyan Paşinyanla danışıqlardan imtina etmişdi.

Mənbə: Kommersant
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *