Sarkisyan Ermənistanın baş naziri ola bilər
Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan hökumət başçısı postuna keçmiş prezident Serj Sarkisyanın namizədliyini irəli sürüb.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb.
Prezident sarkisyanla həftəsonu keçirdiyi görüşün yekunlarına dair açıqlama verən Karapetyan, müzakirələrdə gələcək baş nazirin təyinatı məsələsinə toxunduqlarını diqqətə çatdırıb.
Karapetyan bildirib ki, yeni idarəetmə sisteminə asan keçidi təmin etmək məqsədilə və ötən illərdə əldə olunan nəticələri nəzərə alaraq, baş nazir vəzifəsinə Serj Sarkisyanın namizədliyini irəli sürmək qərarına gəliblər.
Bazar ertəsi Ermənistanın yeni prezidenti Armen Sarkisyan vəzifə başına gələn kimi hökumətin istefasını qəbul edib. Yeni baş nazirin seçilməsi aprelin 17-ə planlaşdırılıb.
Mənbə:> Oxu.Az