Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçildi

Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçildi

Ermənistan parlamentində ölkə prezidenti seçkiləri üzrə səsvermə keçirilib.

Virtualaz.org-un məlumatına görə, hakim Respublikaçılar Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.

Qeyd edək ki, səsvermədə 105 deputatın iştirakı gözlənilirdi. Prezident seçilmək üçün deputatlardan dörddə üçünün və ya 79-nun səsi lazım idi.

İlkin məlumata görə, A.Sarkisyanın lehinə 90, əleyhinə 10 deputat səs verib. 1 bülleten isə etibarsız sayılıb.

Səsvermənin rəsmi nəticələri bu gün açıqlanacaq.

Xatırladaq ki, bu ilin aprelində indiki prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatır. Apreldən sonra Ermənistan 2015-ci ildə qəbul edilən yeni konstitusiyaya əsasən, parlament idarə etməsinə keçəcək. Ölkənin əsas qanuna görə, prezidentin səlahiyyətləri məhdudlaşdırlacaq, Ermənistanın birinci şəxsi baş nazir olacaq. Bu vəzifəni isə Serj Sarkisyanın tutacağı ehtimal olunur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *