Ermənistanda seçkilər: Sarkisyanın yerinə Sarkisyan gəlir
Ermənistan prezidenti Serj Sarkisyan Respublika partiyasından növbəti prezidentliyə namizədin Ermənistanın Böyük Britaniyadakı səfiri, keçmiş baş nazir Armen Sarkisyanın olduğunu bəyan edib.
Oxu.Az Aysor.am-a istinadən xəbər verir ki, bu gün Ermənistan prezidentinin iqamətgahında onlar arasında görüş keçirilib.
A.Sarkisyan - Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan, Qazaxıstanda energetika, neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” korporasiyasının sahibidir.
Qeyd edək ki, Ermənistanın hazırkı lideri Serj Sarkisyanın prezidentlik müddəti aprelin 9-da başa çatır. Ermənistanda 7 il müddətinə hakimiyyətdə olacaq yeni prezident parlament tərəfindən seçiləcək. İlkin məlumatlara görə, prezident seçkiləri martın 2-də keçiriləcək.
Mənbə:> Oxu.Az