ABŞ səfiri Əliyev və Sarkisyanın görüşündən danışdı
“Hazırda bu ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Qarabağa dair görüşün keçirilməsi müzakirə edilir”.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills dünən Ermənistan-Amerika Universitetində həmsədrlərin Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün nə zaman olacağına dair sualı cavablandırarkən deyib.
Səfir prezidentlərin görüşünün dəqiq tarix və məkanının bəlli olmadığını qeyd edib.
Mənbə:> Oxu.Az