XİN: Əliyev-Sarkisyan görüşünün vaxtı məlum deyil
Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı hələlik məlum deyil.
Oxu.Az-ın “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş ATƏT-in Minsk qrupu ölkələrinin xarici işlər nazirlərininvə həmsədrlərin iştirakı ilə mayın 16-da Vyanada keçirilib.
Yekun bəyanata əsasən, növbəti görüşün iyun ayında keçirilməsi barədə razılıq əldə olunub.
Mənbə:> Oxu.Az