Sarkisyan Vyanaya gedir
Ermənistan prezideni Serj Sarkisyan mayın 16-da Vyanaya (Avstriya) işgüzar səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidenti administrasiyasının İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələr idarəsi yayıb.
Sarkisyanın səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutacaq bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, bir müddət əvvəl həmsədrlər mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili barədə bəyanat vermişdilər. Görüşdə ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərin iştirakı da gözlənilir.
Mənbə:> Oxu.Az