Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yeri və tarixi dəyişdirilib
Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün yeri və vaxtı dəyişdirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
“Dəyişikliklər dünyada baş verən hadisələr ilə əlaqədardır. Paris artıq görüşlər üçün münasib məkan sayılmır ”, - nəşrin məlumatında bildirilir.
Bundan əvvəl qəzet prezidentlərin dekabrın 1-də Parisdə görüşəcəkləri ilə bağlı məlumat yaymışdı.
Mənbə:> Oxu.Az