Novruz Məmmədov prezidentlərin iyun görüşündən danışdı
Prezidentlərin görüşünün vaxtı və yeri barədə hələlik məlumat yoxdur. Olan kimi deyəcəyik.
Oxu.Az-ın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu istiqamətdə işləyirlər.
“Düşünürəm ki, onlar bu məsələnin öhdəsindən gəlib, görüşü təşkil edəcəklər. Bu görüşün təşkil olunması lazımdır”, - N.Məmmədov qeyd edib.
Mənbə:> Oxu.Az