Sarkisyan hökumətin istefasını qəbul edib
Ermənistan prezidenti Serj Sarkisyan respublikanın baş naziri Ovik Abramyanın istefasını qəbul edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının saytında məlumat yayılıb.
Prezident saytında dərc edilən məlumatda Sarkisyanın hökumətin istefasını qəbul etdiyi bildirilib.
Prezident hökumət üzvlərinə yeni Nazirlər Kabinetinin formalaşdırılmasını tapşırıb.
Mənbə:> Oxu.az