Sarkisyan qiyamçıların lideri ilə görüşəcək
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bunu tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “deputat”ı Vitaliy Balasanyan açıqlayıb.
Qeyd edək ki, J. Sefilyan hazırda qanunsuz silah əldə etmə və saxlama ittihamı ilə həbsdədir. İyulun 17-də Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvləri Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt ediblər.
Nəticədə 1 polis əməkdaşı öldürülüb, 4 polis əməkdaşı yaralanıb. Silahlılar sonrakı günlərdə girov götürdükləri 7 polis əməkdaşını azad ediblər. Polis binasını zəbt edən silahlılar J.Səfilayanın azadlığa buraxılmasını, S. Sərkisyanın prezident postundan istefasını tələb ediblər.
V. Balasanyan isə bu gün jurnalistlərə açıqlamasında deyib ki, J.Səfilyan onunla növbəti görüşdə bir daha S. Sərkisyanın istefasını tələb etmədiyini bildirib, milli maraqlarla bağlı narahatlıq doğuran məsələlərə toxunub.
J.Səfilyan S. Sarkisyanla görüşmək istədiyini söyləyib:
“Biz Jirayr Səfilyanın istəyini Ermənistan prezidentinə çatdırdıq. Serj Sarkisyan polis binasını zəbt edən silahlılar silahını yerə qoyduqdan və təslim olduqdan sonra Jirayr Səfilyanla görüşməyə, reallıq və perspektivləri izah etməyə hazır olduğunu bildirdi”.
Mənbə:> APA