İrəvanda silahlılar polis binasını ələ keçiriblər: Ölən var
Bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Bu barədə Oxu.Az İnterfaks agentliyinə istinadən xəbər verir.
“Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan “silahlı üsyanın başlanması”nı elan edib. Silahlılar Serj Sarkisyanın istefasını tələb edirlər.
V.Avetisyan iddia edir ki, Erebunidə yerləşən xüsusi təyinatlıların hərbi hissəsi ələ keçirilib.
Mənbə:> Oxu.Az