Yerevanda Sarkisyanın “bağ evinə” hücum etdilər
Yerevanda etirazçılar ölkə prezidenti Serj Sarkisyanın “bağ evi” kimi məlum olan əraziyə keçmək istəsələr də, polis onların qarşısını kəsib.
Oxu.Az “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, “Biz ölkənin sahibiyik!” təşəbbüs qrupunun aksiya keçirtdiyi yerə hökumət polisi və xüsusi təyinatlıları cəlb edib.
Aksiya iştirakçıları müdafiə və xarici işlər nazirlərinin istefasını, oliqarxlardan büdcəyə tranzaksiyalar alınmasını, qondarma Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsindən imtina kimi tələblər irəli sürüblər.
Mitinq iştirakçıları Baqramyan prospektindən ölkə rəhbərliyi üçün nəzərdə tutulmuş və hökumət bağları adlanan tikililərin yerləşdiyi ərazinin girişinə - Proşyan və Dəmirçyan küçələrinin kəsişdiyi yerə gəliblər.
Polis əvvəlcə nümayişçiləri müşayiət etsə də, sonradan onların yolunu kəsib. Aksiya iştirakçıları Sarkisyanın onların yanına gəlib, tələblərini dinləməsi üçün15 dəqiqə vaxt veriblər.
Lakin prezident fəalların yanına gəlməyib və onlar polisin müşayiəti ilə Azadlıq meydanına istiqamət götürüblər.
Mənbə:> Oxu.Az