İrəvanda etirazçılar Lavrovu təhqir etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Sosial

İrəvanda etirazçılar Lavrovu təhqir etdilər – YENİLƏNİB + VİDEO

İrəvanda etirazçılar Lavrovu təhqir etdilər

Aksiya iştirkaçıları Rusiya səfirliyi qarşısında “hədiyyə” qoyublar.

İrəvanda Rusiya XİN rəhbərinin səfərinə təşkil olunmuş yürüş başa çatıb.

Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə aksiya təşkilatçıları məlumat veriblər.

Etirazçılar polislə danışıqlardan sonra Rusiya səfirliyi qarşısında simvolik “hədiyyə” - karton qutuda köhnə ayaqqabı və “molotov kokteyli” şüşəsi qoyublar.

Aksiya iştirakçıları bildiriblər ki, ayaqqabı “qana bulanmış Rusiya çəkməsinin” rəmzidir.

21.04.2016 19:46

İrəvanın Azadlıq meydanından Ermənistan XİN və Rusiya səfirliyinin binalarının qarşısına yürüş başlayıb.

Oxu.Az News.am-a istinadən xəbər verir ki, yürüş iştirakçıları Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü ərəfəsində öz tələblərini irəli sürmək niyyətindədirlər.

Qeyd edək ki, artıq Facebook səhifəsində yayılan bəyanatda bildirilir ki, Serqey Lavrovun İrəvanda Ermənistan höküməti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planının müzakirəsi zamanı etiraz aksiyası təşkil olunacaq.

Aksiya iştirakçıları “DQR”in tanınması və Rusiyanın Azərbaycana silah satışının dayandırması tələbləri irəli sürüləcək.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *