İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası başladı
İştirakçılar Moskvadan Azərbaycana silah satışını dayandırmağı tələb edirlər.
İrəvanda Azadlıq Meydanından Rusiyanın Ermənistandakı səfirlliyinə yürüş başlayıb.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, yürüş Rusiyanın Ermənistandakı səfirliyinin binasının qarşısınadək davam edəcək və aksiya iştirakçıları adından Rusiyaya qarşı bu tələblər irəli sürüləcək:
- Gələcək qərarlarda Rusiya Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə hörmət etmək və de-yure siyasi müttəfiqinin öz vəzifələrini icra etmək,
- Azərbaycana silah satışını dərhal dayandırmaq.
Mənbə:> Oxu.az