İrəvanda "Elektromaydan" yenidən başladı
İrəvanın mərkəzindən, Azadlıq meydanından elektrik enerjisinin bahalaşmasına etiraz olaraq “Talana yox!” vətəndaş təşəbbüsünün yürüşü başlayıb.
APA-nın “Novosti-Armeniya” saytına istinadən verdiyi məlumata əsasən, yürüşdə yüzlərlə insan iştirak edir.
Aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirirlər. Hadisə yerinə polis qüvvələri cəlb edilib.
Qeyd edək ki, “Talana yox!” vətəndaş təşəbbüsünə “Ayağa qalx, Ermənistan” və “Təsis parlamenti" təşkilatı da qoşulub.
Mənbə:> APA