İrəvan nümayişə çıxıb: “Qalx ayağa Ermənistan” – FOTO
“Qalx ayağa Ermənistan” hərəkatının üzvləri İrəvanın mərkəzində Respublika meydanında səhərə qədər etiraz aksiyasını davam edəcəklər.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə avqustun 21-də meydanda mitinq zamanı hərəkatının şura üzvü David Ovannisyan bəyan edib.
“Biz qanunsuz hərəkət edən polisləri, gərgin vəziyyətdə saxlayacağıq”, - o, vurğulayıb.
Növbəti mitinqi fəallar sentyabrın 4-də keçirəcəklər.
Meydanda vəziyyət gərgindir, fəalların polislər ilə qarşıdurması və mübahisələri davam edir.
Xatırladaq ki, “Qalx ayağa Ermənistan” hərəkatının iştirakçıları Respublika meydanında iyulun 27-dən oturaq aksiya keçirirlər.
Onlar elektrik enerjisinin 6,93 dram ucuzlaşmasını, ictimai xidmətlər üzrə Komissiyanın üzvlərinin istehfaya göndərilməsini və “Ermənistan elektirk şəbəkəsi”nin milliləşdirilməsini tələb edirlər.
Mənbə:> Oxu.Az