İrəvanda yenidən etiraz aksiyaları başladı
Ermənistan hökümətinin elektrik enerjisi tariflərinin artırılması barədə qərarın ləğvini tələbi ilə Yerevanın əsas meydanında yenidən oturaq etiraz aksiyaları başlayıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, “Qalx, Ermənistan” hərəkatı İrəvanın mərkəzindəki Respublika meydanında 72 saatlıq oturaq piket keçirir.
Aksiya iştirakçılarının bununla bağlı yaydığı bəyanatda bildirilir:
“Serj Sarkisyanın 27 iyun çıxışından bir ay keçdi, lakin elektrik enerjisi tariflərinin artırılması məsələsi hələ də həll edilməyib.
Bu səbəbdən “Qalx, Ermənistan” vətəndaş hərəkatının Şurası bu gün axşam saatlaarından etibarən 72 saatlıq oturaq piket keçirməyə qərar verərək Baqramyan prospektindəki aksiyalar zamanı səsləndirilən bütün tələbləri yenidən irəli sürür”.
Mənbə:> Oxu.Az