Erməni əsilli milyarderin yaxtası Türkiyəyə gətirilib » AzNews.info -Xəbər portalı

Erməni əsilli milyarderin yaxtası Türkiyəyə gətirilib – VİDEO

Erməni əsilli milyarderin yaxtası Türkiyəyə gətirilib


Rusiyalı milyarder Samvel Karapetyanın "Ace" adlı 87 metrəlik yaxtası Bodruma gətirilib. ANS PRESS-in məlumatına görə, erməni əslli milyarder burada 5 ulduzlu bir oteldə rus iş adamları ilə görüşüb.

"Karapetyan 5 milyard dollar sərvətlə ən zəngin 26-cı Rusiya vətəndaşıdır"
Turizm, inşaat, daşınmaz əmlak sektorunda 5 milyard dollarlıq sərvəti ilə Rusiyanın dünyaca zəngin iş adamları arasında iştirak edən, “Taşir” şirkətinin prezidenti Samvel Karapetyan super lüks yaxtası ilə bu səhər Yunanıstanın Santorini adasından Bodruma gəlib.

Karapetyanın biznes işləri ilə əlaqədar Bodruma gəldiyi qeyd edilib. Milyarder artıq bu görüşlərdən bəzilərini reallaşdırıb. Onun həmçinin boş vaxtlarında yaxtasında dincəldiyi də müşahidə olunub.

Futbol üzrə Ermənistan millisinə qazandığı hər matçdan sonra 200 min dollar mükafat verməsi ilə tanınan Karapetyanın yaxtasına Bodrumda maye yanacaq və qida tədarükü edilib. Yaxtanın iki gün Bodrum sahillərində qaldıqdan sonra Rodos adasına keçməsi gözlənilir.

Ötən il Samvel Karapetyan Dağlıq Qarabağa 1 milyon dollar məbləğində ianə ayırması ilə diqqət mərkəzinə düşüb. Milyarderin ayırdığı vəsait Dağlıq Qarabağda 5 və daha çox uşağı olan ailələrə ev tikilməsi üçün xərclənəcək. Pul Qarabağa “Hayastan” ümumerməni fondunun vasitəsi ilə göndəriləcək. Vəsait Dağlıq Qarabağda 21 ailəyə 115 uşağa sərf olunacaq. Samvel Karapetyan 5 milyard dollar sərvətlə ən zəngin 26-cı Rusiya vətəndaşıdır. Karapetyanın “Taşir” şirkəti oktybarın 1-dən “Ermənistanelektrik şəbəkəsi” QSC-ni də satın alıb.

Onun böyük qardaşı Karen Karapetyan məşhur erməni siyasətçisidir və əvvəllər Ermənistan prezidentinin administrasiyasında yüksək vəzifəli məmur kimi çalışıb. Samvel Karapetyan ötən ilin fevralında, "Çiçəklənən Ermənistan" partiyasının sədri Gagik Tsarukyanla prezident Sarkisyanı barışdırmaq və yerli siyasi gərginliyi yatırmaq məqsədilə Moskvadan İrəvan getmişdi.


Karapetyanın Ermənistanın siyasi həyatına təsiri, oktyabrın əvvəllərində Rusiyanın sahib olduğu Ermənistan elektrik şəbəkəsini aldıqdan sonra əhəmiyyətli dərəcədə artmağa başlayıb.

Almaniyanın 'Lurssen Yachts' adlı firması tərəfindən inşa edilib, 2012-ci ildə dənizə endirilən “Ace” görünüşü qədər rahatlığıyla da dünyanın ən yaxşı yaxtaları arasında yer alır. 28 personalın çalışdığı yaxtanın 6 kabinəsi var. 12 qonaq gəbul etməyə qadir yaxtada SPA mərkəzi, Rus hamamı, masaj otağı, jakuzi, idman salonu, diskoteka, kino otağı, iki üzmə hovuzu və mini dənizaltı var.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *