Erməni rus savaşı böyüyür
Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünün qətlə yetirilməsindən sonra başlamış rus - erməni qarşıdurması artıq Rusiya sərhədlərindəki qoşun birləşmələri müstəvisinə də keçib.
ANS PRESS-in məlumatına görə, Avetisyanlar ailəsinin rus əsgər Valeri Permyakov tərəfindən qətlə yetirildiyini iddia edən ermənilər Rusiya ordusunu gözdən salmaq üçün geniş kampaniya başlayıblar. Bu baxımdan Rusiya ordusunda xidmət edən zaman 16 avqust 2011-ci ildə itkin düşmüş erməni Sarkis Karapetyanın məsələsi yenidən gündəmə gətirilir. 11 noyabr 2011-ci il tarixdə Rusiya ordusuna qatılmış Sarkis Karapetyan Şelexov qarnizonunun 31643 saylı hərbi hissəsindən yoxa çıxıb.
Sarkis Karapetyanın valideynləri oğullarının sirli şəkildə yoxa çıxdığını, bununula da Rusiya ordusunun çox təhlükəli və etibarsız bir qurum olduğunu vurğulayırlar. Onlar hər kəsə müraciət edirlər: "Oğlumuzu sağ və ölü tapmağa kömək edin!".
Mənbə:> ANSPRESS