Paşinyan Koçaryan və Sarqsyanı siyasi meyit adlandırdı

Ermənistan baş naziri Nikol Paşinyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyanı siyasi meyit adlandırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Paşinyan onların ölkənin daxili siyasətinə daha təsir etmək gücünə malik olmadıqlarını bildirib:
“Bir dəfə artıq bəyan etmişəm ki, Robert Koçaryan, habelə Serj Sarqsyan daha siyasi faktor deyil. Onlar siyasi meyitdir. Lakin bu o demək deyil ki, siyasi meyit ola-ola qanun qarşısında cavab verməməlidirlər”.
Mənbə: Oxu.Az