Paşinyanı baş nazir seçmədilər
Ermənistanın Milli Məclisinin deputatları baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanı baş nazir vəzifəsinə seçməyiblər.
Virtualaz.org bildirir ki, xəbəri “Sputnik Armeniya” yayıb.
Ermənistanın Respublika Partiyası (ERP), əvvəlcədən bəyan etdiyi kimi, Paşinyanın namizədliyi üçün səs verməyib.
Səsvermədə ERP, "Daşnaksutyun" və Tsarukyan blokunun fraksiyaları iştirak etməyiblər.
Paşinyanın namizədliyinin lehinə deputatların heç biri səs verməyib, 11 deputat bitərəf qalıb, bir nəfər əleyhinə səs verib.
Paşinyan əvvəlcədən bildirmişdi ki, onun namizədliyi baş nazirin seçilməsi üçün yox, seçilməməsi üçün irəli sürülüb.
Ermənistan parlamentinin buraxması və dekabrda vaxtından əvvəl seçkilərin təyinatı üzrə Paşinyanın öz planına əsasən lazımdır ki, təkrar səsvermə də uğurlu keçməsin.
Mənbə:> Virtualaz.org