Kremlin Skripalları zəhərləyənin əsl adının açıqlanmasına reaksiyası » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Kremlin Skripalları zəhərləyənin əsl adının açıqlanmasına reaksiyası

Kremlin Skripalları zəhərləyənin əsl adının açıqlanmasına reaksiyası


Rusiya prezidenti Vladimir Putində olan məlumata görə, Londonun Skripalları zəhərləməkdə şübhəli bildiyi Ruslan Boşirov mülki şəxsdir.

Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

“Bildiyimə görə, bu, qeyri-rəsmi araşdırmadır. Biz onun nə dərəcədə həqiqətə uyğun olduğunu bilmirik”.

R. Boşirovun (Anatoli Çepiqa) Rusiya qəhrəmanı olub-olmadığına gəldikdə isə D. Peskov bu barədə məlumatsız olduğunu bildirib.

“Çox adam bir-birinə oxşaya bilər. Lakin araşdırmada qeyd olunan vətəndaşın kim olduğunu bilmirəm”, - deyə o vurğulayıb.

Briytaniyanın Bellingcat təşkilatı araşdırma aparıb və belə nəticəyə gəlib ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripal və qızı Yuliyanı Britaniyanın Solsberi şəhərində zəhərləməkdə ittiham olunan Ruslan Boşirovun əsl adı Anatoli Çepiqadır. O, Rusiya hərbi kəşfiyyatının polkovnikidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *