Dmitri Peskov: Putin Lavrovla bağlı hələ qərar verməyib
Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetində kadr dəyişiklikləri ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
Xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən gedəcəyi ilə bağlı suala cavabında isə mətbuat katibi bildirib ki, bu, fərziyyədir və hər hansı nazir dəyişikliyi olarsa, ictimaiyyət bundan dərhal xəbər tutacaq.
Qeyd edək ki, bəzi KİV-lərdə Sergey Lavrovun vəzifəsindən gedəcəyi ilə bağlı məlumatlar yayılıb.
Mənbə:> Virtualaz.org