Mətbuat katibi Putinin səhhəti haqda
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı Vladimir Putin tamamilə sağlamdır.
Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.
"Siz inandıra bilərəm ki, prezident tamamilə sağlamdır və sağlamlığı ilə bir çox insanları gerdidə qoya bilər”, – deyə D.Peskov V.Putinin səhhəti barədə suala cavab verərkən bildirib.
V.Putinin sağlamlığı ilə bağlı məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı məsələyə toxunan D.Peskov bu barədə heç bir söhbət olmadığını və qanunvericilikdə prezidentin sağlamlığı ilə bağlı icbari bəyanatların olmasının nəzərdə tutulmadığını deyib: “"Mənə belə bir formatın hazırlanması haqda heç nə məlum deyil. Və bizim qanunvericiliyimizdə prezidentin sağlamlıq vəziyyəti haqqında məlumatların məcburi elan edilməsi nəzərdə tutulmayıb".
Mənbə:> Virtualaz.org