Putin sabah səhər tezdən Bakıda olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Putin sabah səhər tezdən Bakıda olacaq

Putin sabah səhər tezdən Bakıda olacaq


Rusiya prezidenti Vladimir Putin sabah sentyabrın 27-də səhər tezdən Bakıya yola düşəcək. Virtualaz.org xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Prezident səhər tezdən Bakıya uçacaq, orada Rusiya və Azərbaycan regionlararası forumu keçiriləcək”-Peskov jurnalistlərə deyib.

Mətbuat katibinin sözlərinə görə, forumdan əvvəl prezident Azərbaycan paytaxtında keçirilən cüdo üzrə Dünya Çempionatının bəzi yarışlarına tamaşa edəcək. Peskov deyib ki, Bakıdakı proqramını başa vurduqdan sonra Putin MDB sammitinə qatılmaq üçün Düşənbəyə yola düşəcək. Orada həmin gün MDB liderləri qeyri-formal şəraitdə görüşəcəklər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov Putinin Bakıya sentyabrın 25-də gələcəyini açıqlamışdı.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *