Qırğızıstanda təyyarə qalmaqalından sonra nazir müavini işdən qovuldu
Qırğızıstanın baş naziri Məhəmmədkalıy Abılqaziyevin imzaladığı sərəncama əsasən, respublikanın əmək və sosial inkişaf nazirinin müavini Zuurakan Kadenova tutduğu vəzifədən kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, buna səbəb onun təyyarənin şəxsi heyəti ilə yaşadığı qalmaqaldan sonra uçuşa buraxılmaması olub.
Zuurakan Kadenova Seul – Almatı reysi ilə uçan təyyarənin göyərtəsində qalmaqal yaradıb.
Şahidlərin dediklərinə əsasən, o, diplomatik pasportunu da nümayiş etdirib. Nəticədə ekipaj komandiri qadının uçuşa buraxılmaması barədə qərar qəbul edib.
Qeyd edək ki, Kadenova Seula rəsmi nümayəndə heyətinin tərkibində səfər edib.
Mənbə:> Oxu.Az