ABŞ-ın energetika naziri Rusiyaya səfər edəcək
ABŞ-ın energetika naziri Rik Perri gələn həftə Rusiyaya səfər edəcək.
"İnterfaks" xəbər verir ki, energetika naziri Rusiyanın rəsmiləri və böyük şirkətlərinin rəhbərləri danışıqlar aparmağı planlaşdırır.
Bundan əlavə, sentyabrın 13-ü R.Perri Rusiyanın energetika naziri Aleksandr Novakla görüşə bilər.
Mənbə:> İnterfaks