Gürcüstanın energetika naziri istefa verib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Gürcüstanın energetika naziri istefa verib

Gürcüstanın energetika naziri istefa verib


Gürcüstanın energetika naziri Kaxa Kaladze istefa verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, o, Tbilisi meri vəzifəsinə yerli seçkilərdə mübarizə aparmaq niyyətindədir.

K.Kaladze bu gün 5 il ərzindəki fəaliyyəti barədə hesabat təqdim edib və istefası ilə bağlı müvafiq bəyanat verib.

“Bu gün vəzifəmi tərk edirəm, mənim üçün çox əhəmiyyətli mərhələ başlayır. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili məni Tbilisinin meri olmağa namizəd kimi göstərib. Təbii ki, seçiləcəyim halda, uğurlu olmaq üçün əlimdən gələn hər şeyi edəcəm”, - keçmiş nazir bildirib.

Xatırladaq ki, K.Kaladze 2012-ci il oktyabrın 25-dən etibarən energetika naziri vəzifəsində çalışıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *