Türkiyədən Rusiyaya nazir səviyyəsində ilk səfər
Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşmasından sonra, bu ölkədən Rusiyaya ilk dəfə nazir səviyyəsində səfər ediləcək.
Oxu.Az-ın məlumatına görə, Türkiyə baş nazirinin müavini Nurəddin Canikli və iqtisadiyyat naziri Nihat Zeybəkçi sabah axşam özəl təyyarə ilə Moskvaya gedəcək.
İqtisadiyyat naziri Nihat Zeybəkçi, həmçinin rusiyalı həmkarı Aleksey Ulyukayev və energetika naziri Aleksandr Novak ilə ayrı-ayrılıqda görüşəcəyi gözlənilir.
Görüşlərdə iqtisadi sahədə atıla biləcək gələcək addımlar qiymətləndiriləcək. Türkiyədə baş verən son proseslərin də gündəmə gəlməsi gözlənilir.
Mənbə:> Oxu.Az