Səudiyyə Ərəbistanında neft üzrə razılığın əldə olunmasına ümid edirlər
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih dünya neft bazarının stabilləşdirilməsi niyyətindən danışıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, o bu barədə Rusiyanın energetika naziri Aleksandr Novakla görüş zamanı bəyan edib.
Əl-Falih bildirib ki, noyabrın sonunda keçiriləcək danışıqlar OPEK və digər neft hasil edən ölkələr arasında razılığın əldə olunması üçün böyük əhəmiyyət kəsb edəcək.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı neft bazarının stabilləşdirilməsi niyyətindədir və Səudiyyə Ərəbistanı ilə Rusiyanın bəyan etdiyi mövqe neft bazarı üçün müsbətdir.
Mənbə:> Oxu.az