Səudiyyə Ərəbistanı nazirindən neftin qiymətinə təsir edən AÇIQLAMA
Səudiyyə Ərəbistanı Əlcəzairdə bir araya gələcək olan önəmli neft istehsalçı ölkələrinin edəcəyi qeyri-rəsmi görüşlərin bir ay öncəsində, OPEK üzvi və üzvi olmayan ölkələrin neft istehsalçıları ilə birlikdə neft bazarında tarazlıq yaratmaları ilə bağlı çalışacaqlarını bildirib.
Oxu.Az xəbər verir ki, energetika naziri Xalid əl-Falih dövlət xəbər agentliyi SPA-ya etdiyi açıqlamasında bildirib ki, növbəti ay Əlcəzairdə nazirlərin toplantısı olacaq.
O, bunun OPEK-ə üzv olan və olmayan ölkərin bazarda tarazlığa nail olmaq və bazarın mövcud vəziyyətini müzakirə etmək üçün bir fürsət olduğunu qeyd edib.
Nazir bazarın yenidən tarazlığa doğru istiqamətləndiyini bildirib və deyib ki, ancaq bazarda neft ehtiyatlarının azalmasına nail olmaq vaxt alacaq.
Xalid əl-Falih bəzi qısamüddətli pozisiyaların bazara təsir etdiyini və qiymətləri aşağı saldığına səbəb olduğunu deyib:
“İstehsal və investisiya sahəsində azalmaların qarşısını almaq üçün isə qiymətlərin hazırkı səviyyədən yuxarı qalxması şərtdir”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Qətər energetika nazir bazar ertəsi günü açıqlamasında sentyabrın 26-28 tarixləri arasında Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Formu çərçivəsində OPEK-ə üzv olan və olmayan ölkələrin qeyri-rəsmi görüşünün baş tutacağını açıqlamışdı.
Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, Brent markalı neftin qiyməti 0,98% bahalaşaraq 46,49 dollar, WTI isə 1,26% artaraq 44,04 dollar təşkil edib.
Mənbə:> Oxu.Az