Neftin qiymətləri
Dünya bazarlarında neftin qiyməti cüzi azalıb.
Bu barədə Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,90% azalaraq bir barelə görə 44,98 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,84% ucuzlaşaraq 42,66 dollar təşkil edib.
Bununla belə Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) bildiriblər ki, neftin qiymətinin cari ucuzlaşması müvəqqəti xarakter daşıyır. OPEK prezidenti Mohammed Al-Sada bildirmişdi ki, təşkilatın üzvləri 26-28 sentyabrda Əlcəzairdə keçiriləcək Beynəlxalq energetika forumu çərçivəsində qeyri-rəsmi görüş keçirməyi planlaşdırırlar. Bu xəbərdən sonra neftin qiymətlərində dünən axşam bahalaşma müşahidə edilirdi.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli