Neftin qiyməti ucuzlaşır
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşır.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,49% ucuzlaşaraq bir barelə görə 46,73 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,57% azalaraq 44,98 dollar təşkil edib.
Qeyd edək ki, dünən Brent və WTI neftinin qiyməti müvafiq olaraq 47,81 və 45,99 dollara bərabər olmuşdu.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli