Texas nefti bahalaşır, Brent isə ucuzlaşır
Bu gün Bakı vaxtı ilə saat 09:00 olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti bir barelə görə 1,84% azalaraq 49,68 dollara bərabər olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti (Texas nefti) isə 0,62% artaraq bir barelə görə 48,63 dollar olub.
Qeyd edək ki, dünən Brent və WTI neftinin bir barelinin qiyməti müvafiq olaraq 49,98 və 49,29 dollar olmuşdu.
Mənbə:> Oxu.Az