OPEK: “Neftin qiyməti təhlükəlidir”
Neftin bahalaşması üçün OPEK və digər istehsalçılar birlikdə çalışmalıdır.
Axar.az xəbər verir ki, bunu OPEK Baş katibi Abdulla Səlim Bədri Londondan keçirilən konfransda deyib.
O, hazırkı situasiyanın gələcək üçün təhlükə yaratdığını bildirib:
“Neft hasilatının azaldılması həyati məsələdir. Əvvəlki böhranlara baxdığımız zaman hasilatın azalması ilə qiymətlərin yüksəlməsinin şahidi olmuşuq. Bu məsələni OPEK və digər istehsalçılar birgə işləməlidir. Düzdür, OPEK ötən il hasilatı bir miqdar artırıb, lakin neft çoxluğu qeyri-OPEK ölkələrinə görə baş verib. Qiymətlərin artması üçün bazarlar hasilatın azaldığını hiss etməlidir. Neft sektorunda təklif-tələb şərtinin bu il özünü düzəltməyə başlayacağına dair bəzi işartılar var. Hazırki situasiya gələcək üçün təhlükə yaradır. Mövcud qiymətlər gələcək investisiya layihələrinə uyğun deyil”.
Mənbə:> Axar.az