OPEK-in baş katibi: Neft hasilatı üzrə kvota artırılmadı
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) hasilat kvotası məsələsində dəyişikliyə getmədi. OPEK üzvü olan 12 ölkənin neft naziri Avstriyanın paytaxtı Vyanada təşkil olunan iclasda konkret bir qərara gəlmədi.
Oxu.Az xəbər verir ki, bu barədə eruonews.ru məlumat yayıb.
OPEK-in baş katibi Abdulla Əl-Bədri üzv olan və olmayan ölkələrlə danışıqları davam etdirəcəklərini deyib:
“Əslində məbləğdən bəhs etmədik. Çünki OPEK üzvü olmayan ölkələrlə də danışıqlara və hamımızın bazara kömək etməsi məqsədilə ortaq bir zəmində necə görüşəcəyimiz məsələsini müzakirə etməyə davam edəcəyik”.
Bununla belə, analtiklər bildiriblər ki, təşkilatın Vyanada keçirilən iclasında konkret qərara gəlməməsi, bununla belə neftin qiymətlərində müşahidə edilən azalma, gəlirlərini neftdən təmin edən ölkələri çətinə sala bilər.
Qeyd edək ki, Bloomberg agentliyi dünən yaydığı məlumatda təşkilatın hasilat kvotasını artırması ilə bağlı qərar qəbul etdiyini yazmışdı.
Mənbə:> Oxu.Az