OPEK: Neft 80 dollara qədər bahalaşacaq
Neft 2020-ci ilə qədər nominal ifadədə 80 dollara qədər bahalaşacaq. Bu barədə “Bloomberg” OPEK-in daxili hesabatındakı proqnoza istinadla məlumat yayıb.
Oxu.Az xəbər verir ki, OPEK 2020-ci ildə dünyada neftə olan tələbat proqnozunu sutkada 0,5 milyon barel artıraraq sutkada 94,7 milyon barelə çatdırıb.
Bununla belə, OPEK ortatəcili dövrdə neftin aşağı qiymətinə məhdud tələbat gözləyir. Belə ki, təşkilatın qiymətləndirməsinə əsasən, hər il neftə olan tələbat 2020-ci ilə qədər sutkada milyon barel artacaq.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli