Moldovalı deputat: “Bu yol qəzası təsadüfi deyil və ölümə cəhddir” – YENİLƏNİB – VİDEO
Moldova prezidenti İqor Dodonun avtomobilinin qəzaya uğraması zamanı anası və oğlu xəsarət alıb. Bu barədə Moldova Milli Polisi məlumat yayıb.
Onların sağlıq durumları barədə rəsmi məlumat verilmir.
Yerli mətbuatın yazdığına görə, yol qəzası zamanı Moldova prezidentinin anası ağır xəsarət alıb.
Moldova parlamentində Sosialistlər Partiyasından olan deputat Vlad Betrınça mətbuata açıqlamasında bildirib ki, bu yol qəzası təsadüfi deyil və ölümə cəhddir.
Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.
Məlumata görə, prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub.
Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib. Moldova prezidenti mətbuata açıqlamasında vəziyyətinin normal olduğunu qeyd edib.
* * *17:30
Moldova prezidenti İqor Dodonun avtomobilinin yük maşını ilə toqquşduğu anın videosu yayılıb.
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, son məlumatlara görə, qəzada prezident xəsarət almayıb.
Xəstəxanaya çatdırılan isə dövlət başçısının anasıdır. Yaşlı qadın qəzaya düşən maşında olub.
* * *16:24
Moldova prezidenti İqor Dodonun korteji Straşenı – Kalaraş yolunda qəzaya düşüb. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.
TASS xəbər verir ki, bu barədə bazar günü yerli "Publika" telekanalı məlumat yayıb.
Mənbə:> Virtualaz.org