Ölkə şokda: Moldova prezidenti qəzaya düşdü – VİDEO
Moldova Prezidenti İqor Dodon avtomobil qəzasına düşüb.
Bu barədə Point.md portalı məlumat yayıb.
Məlumata görə, prezidentin korteji Straşen-Kalaraş yolunda yük maşını ilə toqquşub. Toqquşma nəticəsində prezidentin olduğu avtomobil aşıb.
İqor Dodon xəstəxanaya yerləşdirilib. Səhhəti ilə bağlı məlumat verilmir.
Mənbə: Axar.az