Poroşenkonun korteji 13 yaşlı oğlanı vurdu
Ukrayna prezidenti Pyotr Poroşenkonun kortejinə aid avtomobil Kiyevdə nizamlanmayan yolayırıcında velosipedçini vurub.
“Ukraynskaya pravda”nın yerli hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, avtomobilə çırpılan 13 yaşlı yeniyetmə kəllə-beyin travması alıb, əl və ayağı sınıb.
Yeniyetmə xəstəxanaya yerləşdirilib. Mənbənin sözlərinə görə, yol nəqliyyat hadisəsi prezidentin maşınının keçidi əsnasında baş verməyib.
“Bu, kortejin öndə gedən maşını olub, prezident isə bir kilometr arxada olub”, -deyə mənbə qeyd edir.
Ukrayna Prezident Administrasiyası isə yeniyetməni vuran avtomobilin ümumiyyətlə prezident kortejinə aid olmadığını bildirib.
Mənbə:> Virtualaz.org