Kiyevdə Saakaşvili tərəfdarlarının həbsi başladı
Məcburi qaydada Polşaya göndərilən Mixail Saakaşvilinin bir neçə tərəfdarı Ukrayna prezidenti Pyotr Poroşenkonun administrasiyası yanında saxlanılıb.
Virtualaz.org bildirir ki, "Ukrayna yenilikləri”ndəki tvitterdə belə deyilir.
Saakaşvilinin tərəfdarı olan fəallar orada bir yerə toplaşıblar. Amma tezliklə polis onları sıxışdırmağa başlayıb, buna görə də qarşıdurma yaranıb və bir neçə fəal polis tərəfindən saxlanılıb.
Bu arada kotəbii mitinq yerinə Ukraynanın digər vətəndaşları da, hansılar ki, Saakaşvilinin ölkədən sürgün edilməsinə görə hiddətləniblər, toplaşmağa başlayıblar.
Mənbə:> Virtualaz.org