Saakaşvilinin adı Ukraynanın baş naziri postuna namizədlər arasında
Ukraynanın Alı Radasında “Samopomoş” fraksiyası Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin baş nazirliyə namizədliyini nəzərdən keçirir.
Azadliq.info bildirir ki, bunu fraksiyanın sədr müavini Yeqor Sobolev deyib.
Sobolevin sözlərinə görə, onlar prezidentə və koalisiyadakı digər tərəfdaşlarına təqdim etmək üçün üç nəfərin namizədliyini müzakirə ediblər. Onlardan yalnız Saakaşvili Ukrayna vətəndaşıdır.
Xatırladaq ki, bir qədər əvvəl Saakaşvili baş nazirlik postunun onun ambisiyalarına uyğun olmadığını və yeni qaydalar uğrunda mübarizə aparacağını bildirmişdi.
Mənbə:> Virtualaz.org