Saakaşvilinin telefon danışıqlarını hansı kəşfiyyat dinləyir?! » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

Saakaşvilinin telefon danışıqlarını hansı kəşfiyyat dinləyir?!

Saakaşvilinin telefon danışıqlarını hansı kəşfiyyat dinləyir?!


Odessa qubernatoru Mixail Saakaşvilinin telefonuna qulaq asırlar, danışqlarını yazırlar və sayta qoyurlar.

Həmin danışıqlarda Saakaşvili “Rustavi-2” telekanalını “inqilabi senari ilə getməyə” təhrik edir. Orada deyir ki, “qarşıdurma olacaq, üzlər əziləcək”.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti həmin lent yazılarında doğrudan da Saakaşvilinin səsinin olması və dövlət çevrilişi cəhdi ilə bağlı araşdırmaya başlayıb. Saakaşvili ilə bağlı daha bir cinayət işi açılıb.

Saakaşvili isə deyir ki, bu, Rusiyanın xüsusi xidmətlərinin ona qarşı əməliyyatıdır.

Saakaşvilinin lent yazıları “Ukrainskaja WikiLeaks” və “Ukrainskja revolyutsiya” saytlarında yayılır.

Lent yazılarından sonra “Rustavi-2” telekanalının keçmiş sahibinin şirkətdən borcunu geri tələb etməsi ilə bağlı məhkəmə onun xeyrinə qərar verdi və “Rustavi-2” faktiki olaraq Saakaşvilinin nəzarətindən çıxmış oldu. Saakaşvili bunu “reyder əməliyyatı” adlandırır.

Səs yazılarında Saakaşvili telekanalın direktoru Nika Qvaramiyaya deyir ki, davanı necə planlaşdırmaq lazımdır ki, hakimiyyət gözdən düşsün.

Vaxtilə Təhlükəsizlik Şurasının sədri olan Giqa Bokeriya ilə söhbətdə isə Saakaşvili “Rustavi-2” telekanalının binası ətrafında barrikada qurmaqdan danışır.

Həm Bokeriya, həm də Qvaramiya Saakaşvili ilə bu telefon danışıqlarını təsdiqləyirlər.

“Azadlıq” radiosunun gürcü xidmətinin direktoru David Kakabadze xatırladır ki, Saakaşvili prezident olanda da onun səsini yazıb yayırdılar: “O, telefonla çox danışandır”.

Bir sual da açıq qalır: Ukraynanın vilayətinin qubernatorunun telefon danışığını kim yazır?

Ukraynanın Təhlükəsizlik Xidmətinin nümayəndəsi Yelena Gitlyanskayadan bunu soruşanda o, bu suala cavab verə bilməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *