Saakaşvili Ukraynanın baş naziri olacaq – FOTO
Gürcüstanının sabiq prezidenti, Odessa vilayətinin qubernatorunu Mixail Saakaşvili Ukraynanın baş naziri ola bilər.
ANS PRESS-in məlumatına görə Saakaşvili baş nazir olması üçün başladılan petisiyada (imzatoplama) tələb olunan səsi toplaya bilib.
Ukrayna prezidentinin saytında yerləşdirilmiş ərizədə sabiq prezidentin 25 000-dən çox səs topladığı görülür. 1 sentyabrda elan edilən kampaniyanın mətnində Ukrayna prezidentindan Saakaşvilinin baş nazir təyin edilməsi xahiş edilir.
Mixail Saakaşvili üçün başladılan petisiya
Kampaniyanın təşkilatçıları ümid edirlər ki, Mixail Saakaşvili ölkədə islahatlar keçirəcək, özbaşnalığa və korrupsiyaya son qoyacaq.
"Elektron petisiya" bölməsi Ukrayna prezidentinin saytında avqustda ayından fəaliyyətə başlayıb.
Yeni yaradılan "Elektron petisiya" bölməsinə yerləşdirilən ərizə 3 ay ərzində 25 min imza toplayarsa, həmin sənəd müzakirə olunması üçün prezidentə göndərilir. Prezident ona göndərilən ərizələrə 10 iş günü müddətində baxmalıdır.
Hazırda isə Ukrayna baş naziri Arseniy Yatsenyukdur.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk
Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilini Odessa vilayətinin qubernatoru təyin etmişdi. Yeni qubernatoru işə başladığı gündən vilayətdə korrupsiya və özbaşnalığa qarşı mübarizəyə başlayıb.
Mənbə:> ANSPRESS